Qeydiyyat Qeydiyyat Giriş Giriş

— Mən Kiməm?

Böyüyərkən həmişə sorğulayırdım, “niyə psixologiya insanlara sadə şəkildə öyrədilmir?”

İllik
Təcrübə
1

Çünki belə olsa insanlar özlərini başa düşə, başlarına gəldiklərini anlaya, hisslərini tanıya, “sistemlərindən” xəbərdar olaraq həyatlarını dəyişə bilərdilər, daha yaxşı yaşaya bilərdilər.

2016-cı ildən youtube videoları çəkməyə başladım, bugün isə “nə yaxşı ki, başladım!” dedirdən yüzlərlə mesaj alıram.

Davam edirəm, öz tərzimdə və məhz öz yolumda irəliləyərək.

Psixoloq kimliyimlə, amma ən çox insan olaraq.

Günü bugün də öz yolumda irəliləmək əsas məqsədlərimdəndir.

Azərbaycanda BA in Psychology üzrə Xəzər Universitetində başlayan yolum, UK-də MS in Psychology üzrə University of Portsmouth-da davam edib. Transference mərkəzli Psixodinamika Terapiyasında ixtisaslaşmışam və akademik həyatıma hazırda da davam edirəm və burdayam, burdayıq.

Məqsədim bizi neqativ hiss etdirən duyğularımıza özümüzdə yer aça bilməyimizdir, çünki həqiqi sağalmağın məhz burdan keçdiyini düşünürəm.

Gözəl Həyatlar!

Leyla Gasimova.

Visited 123 times, 2 visit(s) today