Qeydiyyat Qeydiyyat Giriş Giriş

Leyla Gasimova

Gözəl Həyatlar

hər hissənin, hər tərəfinin qəbul olunduğu bir yolda

— Mən Kiməm?

Böyüyərkən həmişə sorğulayırdım, “niyə psixologiya insanlara sadə şəkildə öyrədilmir?”

İllik
Təcrübə
1

Çünki belə olsa insanlar özlərini başa düşə, başlarına gəldiklərini anlaya, hisslərini tanıya, “sistemlərindən” xəbərdar olaraq həyatlarını dəyişə bilərdilər, daha yaxşı yaşaya bilərdilər.

2016-cı ildən youtube videoları çəkməyə başladım, bugün isə “nə yaxşı ki, başladım!” dedirdən yüzlərlə mesaj alıram.

Davam edirəm, öz tərzimdə və məhz öz yolumda irəliləyərək.

Psixoloq kimliyimlə, amma ən çox insan olaraq.

Günü bugün də öz yolumda irəliləmək əsas məqsədlərimdəndir.

Azərbaycanda BA in Psychology üzrə Xəzər Universitetində başlayan yolum, UK-də MS in Psychology üzrə University of Portsmouth-da davam edib. Transference mərkəzli Psixodinamika Terapiyasında ixtisaslaşmışam və akademik həyatıma hazırda da davam edirəm və burdayam, burdayıq.

Məqsədim bizi neqativ hiss etdirən duyğularımıza özümüzdə yer aça bilməyimizdir, çünki həqiqi sağalmağın məhz burdan keçdiyini düşünürəm.

Gözəl Həyatlar!

Leyla Gasimova.

Leyla Gasimova

XİDMƏTLƏR

Sənin ehtiyaclarından yola çıxaraq

İndividual Seanslar

Nəzərə alın ki, individual seanslara qeydiyyat yerlər dolu olması səbəbilə önümüzdəki 2 il açıq deyil.

İNDİVİDUAL SEANSLAR

İndividual seanslar üçün gözləmə listimiz mövcuddur

Buradan Başla

Gözəl Həyatlar

Daxilində və xaricində “gözəl həyat” yaratmağa hazırsan?

Gözəl həyatlar

Ehtiyacına uyğun proqramı seç

Buradan başla

Hisslər məktəbi

“Hisslər Məktəbi” Leyla Gasimovanın ildə 1 dəfə, payızda keçirdiyi "emosional transformasiya" yaşadan İmza Proqramıdır.

Hisslər məktəbi

Bəzən dəyişmək istədiyin tək şey – özünü necə hiss etdiyindir

Buradan başla

Sizdən Gələnlər

20210714_004035
Bəzən hardansa yeni bir şey öyrənəndə, onu, sizdən eşitdiklərimlə birləşdirirəm və deyirəm "aha, indi daşlar yerinə oturdu".. Yenə və yenə və yenə görürəm: "Bizə lazım olanın öz vaxtında bizə gəldiyini"
Aydan İlqarqızı
Nəzrin Əkbərova
Mən Leyla xanımdan heç seans almamışam. Amma əminliklə deyə bilərəm ki, YouTube videoları və workshopları mənə seans əvəzi olublar. O qədər çox şeyi dönüşdürə bilmişəm ki, sözün əsil mənasında o videolarla böyümüşəm, olgunlaşmışam. Bəzən isə bir Instagram postundan fərqindəliklər yaşadığım olub. Bir də səhər vərəqələri var Leyla xanımın vəsiləsi ilə tanıdığım. Səhər vərəqələrini o qədər çox sevirəm ki, illərdir həyatıma möcüzə qatırlar.
Nəzrin Əkbərova
Elçin Hüseyinli
Sizi illər əvvəldən(tələbə vaxtımdan) tanıyırdım, amma o zamanlar nəsə öyrənə bilməmişdim, öyrənməli olduğum şeyin nə olduğunu anlamırdım yəqin onda, siz dediyiniz kimi vaxtı deyilmiş, hazır deyilmişəm, sonra üzərindən illər keçdi, ikinci tələbəliyimdə, həyatımın ən çətin, ən ağrılı, ən tükənmiş dönəmində bir vəsilə sizi mənlə təkrardan tanış elədi, amma yeni biriylə tanış olurmuş kimi oldu bu dəfə, sadəcə ad olaraq eyni idi(mənim üçün elə idi yəni). Şəxsiyyət haqqında 5 dəqiqə danışdığınız video mənə ad günümün hədiyyəsi oldu(düz bir il bundan əvvəl), əslində tükənmişəm dediyim vaxtlardan daha çətin günlərin məni gözlədiyini görürdüm(hər nə qədər tez qurtulmaq istəsəm də).
Elçin Hüseyinli
Gunay Bendeliyeva
Hal-hazırda Hindistandan sizə yazıram. Həyatımın ən gözəl kəsişmələrindən biri Leyla Qasımovanı bacım sayəsində tanımağım oldu. Artıq 2 ildən çoxdur izləyirəm. İlk vaxtlar qorxurdum, çünki dedikləri çox real və məntiqli idi, hər şey puzzle parçaları kimi yerinə otururdu. YouTube videoları, canlı yayımları və workshop-ları məndə hər dəfə şok və “aaa, woow” təsiri yaradır
Günay Bəndəliyeva
Nigar Cahangirli
Leyla xanim, youtubeda "həmişə pis hiss etmək qorxuram" videonuz cixdi qarşıma. O videoya men baxanda yatagimdan cixmirdim ancaq aglayirdim yaşamaq istemirdim geceler gec yatib seher gec dururdum ki, gunlerimi başa vurum. Heyatimda arzularima catmamisdim cata bilmirdim və bu hisslər günü gunden daha da agirlasirdi. "O hissi yaşamağa icaze ver" dediyiniz yerdə çık oldu mende. Ve hazirda istediyim ölkədə təhsil aliram. Istediyim olkeleri çox rahatliqla gezirem. Ozumle barisigam ozumu sevirəm. Sözlər yetersiz qalir ozumle fexr etmek, qurur hissim barede.
Nigar Cahangirli

Sənin yolun çox qiymətlidir

Hisslər Məktəbinə
qoşulun

İndividual Seanslar

Visited 3. 781 times, 1 visit(s) today