İSTİFADƏÇİ RAZILAŞMASI VƏ ÖN ÖDƏNİŞ ŞƏRTLƏRİ

Bu İstifadəçi Razılaşması (bundan sonra “Razılaşma”leylagasimova.com internet saytı (bundan sonra “Sayt”) vasitəsilə təqdim olunan məhsul və xidmətlərdən istifadə edən bütün şəxslər (bundan sonra “İstifadəçi”) üçün məcburidir.

Saytda sifariş yerləşdirməklə və ödəniş etməklə İstifadəçi bu Razılaşmanın bütün şərtlərini oxuduğunu, başa düşdüyünü və qeyd-şərtsiz qəbul etdiyini təsdiqləyir.


1. Ümumi Məlumat

1.1. leylagasimova.com psixoloji proqramların (kurs formatında), elektron kitabların, iş vərəqlərinin, maarifləndirici materialların və digər məhsulların satışı ilə məşğuldur.

1.2. Saytda yerləşdirilən məhsullar, xüsusi olaraq fiziki daşıyıcıya malik olduğu açıq şəkildə qeyd edilmədiyi hallarda, rəqəmsal formatda təqdim olunur və fiziki daşıyıcıya malik deyil.

1.3. Bu Razılaşma Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tərtib edilmişdir.


2. Alış və Ön Ödəniş Şərtləri

2.1. Saytda yerləşdirilən bütün məhsullar ön ödəniş əsasında satılır.

2.2. Ödənişlər Sayta üçüncü tərəf olaraq inteqrasiya olunmuş ödəniş provayderləri vasitəsilə həyata keçirilir.

2.3. İstifadəçilərə bəzi məhsullar üzrə tam ödəniş və ya taksitlə ödəniş imkanları təqdim edilə bilər. Taksit şərtləri, müddəti və ödəniş planı müvafiq məhsul səhifəsində ayrıca göstərilir.

2.4. İstifadəçi məhsulu satın almadan əvvəl məhsulun təsviri, məzmunu, istifadə qaydaları, qiyməti və ödəniş forması ilə tanış olmalıdır.

2.5. Ödəniş təsdiqləndikdən sonra məhsula giriş (yükləmə linki və ya şəxsi kabinet və ya e-poçt və ya digər platformalar üzərindən) İstifadəçiyə təqdim edilir. 

2.6. Ödəniş edildikdən sonra sifariş icra olunmuş hesab edilir.


3. Geri Qaytarılma və Ləğvetmə Siyasəti

3.1. Saytda satılan və xüsusi olaraq fiziki məhsul kimi qeyd edilməyən bütün məhsullar rəqəmsal xarakter daşıdığı üçün geri qaytarılma və ya dəyişdirilmə mümkün deyil.

3.2. İstifadəçi aşağıdakı halları qəbul edir:

  • Rəqəmsal məhsulların kopyalanması, paylaşılması və yayılmasının qarşısını tam şəkildə almaq mümkün deyil;
  • Bu səbəbdən ödəniş edildikdən sonra pulun geri qaytarılması hüququ mövcud deyil.

3.3. Məhsulun tam və ya qismən istifadə edilib-edilməməsindən asılı olmayaraq, geri ödəniş həyata keçirilmir.

3.4. Texniki səbəbdən məhsula giriş mümkün olmadıqda, İstifadəçi dəstək xidməti ilə əlaqə saxlamalıdır. Texniki problem aradan qaldırıldıqdan sonra məhsul yenidən təqdim edilir. Bu hal geri ödəniş öhdəliyi yaratmır.


4. İntellektual Mülkiyyət Hüquqları

4.1. Saytda təqdim olunan bütün materiallar (videolar, mətnlər, PDF-lər, iş vərəqləri, audio materiallar və s.) leylagasimova.com-a və ya müvafiq hüquq sahiblərinə məxsusdur.

4.2. İstifadəçiyə təqdim olunan məzmun yalnız şəxsi istifadə üçün nəzərdə tutulur.

4.3. Aşağıdakılar qadağandır:

  • Məhsulların üçüncü şəxslərə ötürülməsi;
  • Satılması, icarəyə verilməsi, çoxaldılması və paylaşılması;
  • Açıq platformalarda və ya sosial şəbəkələrdə yayımlanması.

4.4. Bu şərtlərin pozulması qanunvericiliyə uyğun hüquqi məsuliyyət yaradır.


5. İstifadəçi Məsuliyyəti

5.1. İstifadəçi təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyır.

5.2. Saytda təqdim olunan psixoloji proqramlar və materiallar maarifləndirici və inkişafyönümlü xarakter daşıyır və tibbi, psixiatrik və ya terapevtik müalicəni əvəz etmir.

5.3. İstifadəçi öz psixoloji və emosional vəziyyətinə görə fərdi məsuliyyət daşıyır.


6. Saytın Hüquqları

6.1. Sayt istənilən vaxt məhsul məzmununda, qiymətlərdə, ödəniş üsullarında və bu Razılaşmada dəyişiklik etmək hüququnu özündə saxlayır.

6.2. Dəyişikliklər Saytda dərc edildiyi andan etibarən qüvvəyə minir.


7. Mübahisələrin Həlli

7.1. Bu Razılaşmadan irəli gələn bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

7.2. Mübahisələr üzrə aidiyyəti məhkəmələr Bakı şəhərində yerləşən məhkəmələr hesab olunur.


8. Əlaqə Məlumatları

Suallar və texniki dəstək üçün:

📧 E-poçt: info@leylagasimova.com
🌐 Veb sayt: https://leylagasimova.com


Saytdan istifadə etməklə və ödəniş həyata keçirməklə İstifadəçi bu Razılaşmanı tam şəkildə qəbul etmiş sayılır.

Visited 5 times, 1 visit(s) today