İkili Münasibətlərdə Konflikt | Biz-bizə
₼50.00
“Biz-bizə” ikili münasibətlərin müxtəlif aspektlərini Leyla xanım və Aqşin bəylə birlikdə kəşf edəcəyiniz söhbət bölümləridir.
Bu bölümlər yaşından asılı olmayaraq romantik münasibətlərin gerçəkliyini öyrənmək istəyən hər kəs üçündür.
Bugünki epizodda ikili münasibətlərdəki konfliktlərə birlikdə baxacayıq. Leyla və Aqşinin konfliktin psixologiyasından, ən əsas da şəxsi təcrübələrindən yola çıxaraq danışdıqları mövzuları aşağıdakı listdə tapa bilərsiniz.
Təsvir
Münasibətdə Konflikt
1.01:05 – Münasibətdə olduğumuz adamdan “bəlkə həyatımın kişisi/qadını deyil” deyə şübhə duymaq. Psixoloji bir səbəbdən qaynaqlanır mı? Əgər elədirsə səbəb nədir?
2. 06:10 – Konfliktə girməmək. Müzakirə zamanı dalaşmayaq deyib susması. Susmaq həllə gətirmir
3. 11:53 – Qadın yardım istəyir, kişi nadirən kömək edir. Buna görə qadın şikayət edir və kişi narazılıq edir deyindiyinə görə. Burda məsələ necə həll edilməlidir işlər ortaq olunsun deyə?
4. 15:19 – Konfliktdə susmaq (qarşı tərəf sakit anlayışla qarşılasa belə) düşüncəni paylaşa bilməmək.
5. 18:22 – Əgər şiddət varsa münasibət üzərində işləməyə dəyər yoxsa birbaşa boşanmağa göstərişdir?
6. 23:18 – Münasibətdə (indiki halda evliyik) mübahisə və konfliktlərdə, xüsusən də ortaq yol tapılmayanda, mən tərəfdən ‘uzaqlaşma’ hissi yaranır. Qarşı tərəf mənimlə barışsa belə, ünsiyyət davam etsə də, və ya qarşı tərəfdə sanki yerinə gəlsə də, məndə əvvəlki kimi hisslər dərhal bərpa olunmur, hətta sevginin olub-olmadığına şübhə yaranır. Bu hissləri necə başa düşə bilərəm və belə hallarda necə davranmalıyam?
7. 27:16 – Az pul qazananda onu kişi enerjisində görmürəm elə bil düşür gözümdən. Necə həll edim?
8. 35:27-Qadın partnyorunda bəyənmədiyi və ya razılaşmadığı nüansları dilə gətirib mübahisə edir. Kişi bu nüansları nəzərə alır və təkrarlamır. Kişi həqiqətəndə o nüansları özündə düzəldə bilərmi? Yoxsa o düşünür ki, “qadın buna görə məni tərk etməsin evlənim bu nüansları bərpa edərəm” Bunu necə anlamaq olar? Münasibət yaxşı davam etsin deyə hər iki tərəf bir birini törpüləyə bilərmi? Çünki elə iki insan ola bilməzki bir biri ilə razılaşsın. Konfliktlər mütləq ki, olur.
9. 40:17 – Uşaqların yanında hisslərimi idarə edə bilməyib yoldaşımla dalaşıram, qışqırıram. Necə edim?
10. 42-54 – Bir ilə yaxındır tanış olub evlənmişik. Yoldaşımın ətrafı çoxdur dostlarla çox vaxt keçirir.
Visited 7 times, 1 visit(s) today

Rəylər
Hələ heç bir rəy yoxdur.