İnsan niyə eyni problemləri təkrar yaşayır?

Bir çox insan Google-da belə axtarış edir:
• psixoloq bakı
• psixoloji məsləhət
• psixoloji dəstək

Amma əslində insanlar psixoloq axtarmırlar.

Onlar çıxış yolu axtarırlar.

Çünki həyatlarında eyni şeylər təkrar olur:
• eyni münasibət problemləri
• eyni incikliklər
• eyni mübahisələr
• eyni daxili narahatlıq

və bir gün insan özünə sual verir:

“Mən niyə həmişə eyni vəziyyətə düşürəm?”

Bu sualın cavabı çox zaman bənzər olur:

qoruma mexanizmləri.

Qoruma mexanizmləri nədir?

Qoruma mexanizmləri — psixoloji müdafiə mexanizmləridir.

Yəni zehninin səni incinməkdən qoruma üsulu.

Bu mexanizmlər uşaqlıqda bizi qoruyur amma böyüyəndə eyni mexanizmlər həyatımızı məhdudlaşdıra bilir.

Psixoloji müdafiə mexanizmləri gündəlik həyatda necə görünür?

Məsələn:
• Tənqid olunanda dərhal aqressivləşirsən
• Münasibətdə yaxınlıq artanda uzaqlaşırsan
• Öz səhvini qəbul etmək əvəzinə izah edirsən
• Problemi görməməzlikdən gəlirsən

Düşünürsən ki, bu sənin xarakterindir amma çox vaxt bu şüuraltı müdafiə mexanizmləridir.

Ən böyük problem – özünü sabotaj

Bir çox insan fərq etmədən özünü sabotaj edir.

Eyni tip insanları seçir.
Eyni nöqtədə incinir.

Sonra deyir:

“Bəxtim gətirmir.”

Amm psixoloq olaraq çalışdığım 10+ illik praktikamda bir həqiqət özünü çox aydın göstərir:

İnsan terapiyaya sadəcə problemi ilə yox, özünü müdafiə üsulu ilə bərabər gəlir.

Və müdafiə ilə işləmədikcə dəyişiklik olmur.

Niyə sadəcə psixoloji məsləhət kifayət etmir?

Bir çox insan psixoloji dəstək alır.

Psixoloji məsləhət dinləyir amma həyat dəyişmir.

Çünki dəyişiklik üçün təkcə məlumat kifayət deyil.

Əgər insan öz psixoloji müdafiə mexanizmlərini tanımırsa həyatını “avtomatik davranışlar” idarə edir.

“Qoruma Mexanizmləri” proqramı nəyi dəyişir?

“Qoruma Mexanizmləri” sadəcə psixoloji proqram deyil.

Bu, özünü tanıma sistemidir.

Xüsusən Azərbaycanda psixoloq olaraq çalışdığım vaxrlarda illərlə gördüyüm və hər zaman özümə xatırlatdığım bir həqiqət var:

İnsan öz müdafiəsini, qoruma mexanizmini gördüyü anda dəyişməyə başlayır.

Bu proqramda sən nə öyrənəcəksən?


• Hansı qoruma mexanizmlərinin səndə aktiv olduğunu
• Münasibət problemlərinin kökünü
• Daxili konfliktlərini
• Emosional bloklarının səbəbini
• Özünü sabotaj etdiyin davranışları

Və bundan sonra isə ən vacibi:

Artıq avtomatik deyil şüurlu seçim etməyə başlayacaqsan.

Bu proqram kimlər üçündür?

Bu proqram xüsusilə aşağıdakı insanlar üçün faydalıdır:
• Münasibətlərində eyni problemləri yaşayanlar
• Özünü dəyişmək istəyənlər
• Daxili narahatlıq və psixoloji problemlər yaşayanlar
• Real psixoloji inkişaf istəyənlər

Əgər sən artıq psixoloq axtarışındasansa deməli daxilində dəyişmək istəyən bir tərəf var.

Bu çox qiymətli bir siqnaldır.

Özünə verəcəyin ən vacib sual

Sən həqiqətən tanıdığın kimi insansan?

Yoxsa bu sənin müdafiə mexanizminin parçasıdır?

“Qoruma Mexanizmləri” proqramı sənə sadəcə məlumat vermir.

Bu proqram sənə özünü göstərir.

Və insan özünü dürüst görəndən sonra həyatında çox şey dəyişir.

Növbəti addım

Əgər sən artıq eyni problemləri təkrar yaşamaq istəmirsənsə və özünü daha dərindən anlamaq istəyirsənsə, “Qoruma Mexanizmləri” proqramı bunun üçün hazırlanıb.

Bəzən insanın ən böyük problemi problemin özü deyil,
onu qoruyan divardır.

Sual budur:

O divarın arxasına baxmağa hazırsan?

Visited 21 times, 1 visit(s) today

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir