Hisslər Məktəbi
₼1,500.00
Hisslər Məktəbi Leyla Gasimovanın ildə sadəcə 1 dəfə, payızda qeydiyyatını açdığı imza proqramıdır.
Bu məktəbin var olma səbəbi yetişkin olmağı öyrənməkdir.
Duyğularımızın içində batmaq yerinə duyğularımızı yönəldə bilmək əsas hədəfimizdir.
Hisslər Məktəbi iç dünyanızı dönüşdürmək üçün olan ciddi investisiyadır.
Yaranan hər hansı sualınız üçün dəstək hissəsinə yaza bilərsiniz, köməklik göstərmək həmişə xoşdur!
Təsvir
Hisslər məktəbi ilə bağlı suallarınızın ətraflı cavabını bu keçid vasitəsilə əldə edə bilərsiniz: Cavablara keçid!
Aşağıdakı listdən modul başlıqlarını görə bilərsiniz.
Əlavə olaraq hər modula öz hisslər qrupu və bu hisslərin öz açıqlamaları daxildir.
Module 1
📌 Başlanğıc
Module 2
📌 Emosiyalarımı özümdə və başqalarında necə izləyə bilərəm?
Module 3
📌 Emosional tətiklənmə nədir və bu zaman nə edim?
Module 4
📌 Hormonlarımız emosiyalarımız üzərindəki təsiri
Module 5
📌 Emosiyalarımı necə idarə edim?
Module 6
📌 Sinir sistemimi necə sakitləşdirim?
Module 7
📌 Hisslərimlə Yeni Əlaqə
Module 8
📌 Əsas Proqramlar
Hisslər Cədvəli PDF
“Özümlə Görüşürəm” Xüsusi Terapiya
“Qəzəbi səslə ifadə” Çalışması
“Somatik Hərəkətlər” Sinir Sisteminin Tənzimlənməsi
“Stressi Bədəndən atmaq” Çalışması
“Çarəsizlik” Workshopu
“Qoruma Mexanizmləri” Proqramı

Samirə Hacıyeva –
“Hisslər Məktəbi”nin mənim həyatımda və şəxsi inkişafımda rolu əvəzolunmazdır.
Bu təcrübəyə özümə icazə verdiyim və özümə bu investisiyanı etdiyim üçün özümü həm xoşbəxt, həm də dəyərli hiss edirəm.
Şeyda Niyazova –
Keçən il bu zamanlar idi, Hisslər Məktəbinə qoşuldum. Zaman keçdikcə necə də doğru qərar verdiyimin şahidi olurdum. Hisslər məktəbindən əvvəl və sonraki məni görmək, həm kövrəldir həm də sevindirir. Leyla xanım məni çox profesional formada terapiya dadında hisslərimlə tanış etdi. Özümə yaxınlaşmaqda çətinlik çəkdiyim, problemlərimə baxmaq istəmədiyim, qəbul etmədiyim tərəflərimə yaxınlaşmağa, onlara qucaq açmağa məktəbin içindəki proses boyu artıq bacarırdım. Çox sağ olun Leyla xanım, mənim bağlanma stilimdə hətta müsbət dəyişikliyin memarı oldunuz🫠
Bahar Məmmədova –
Son bir ildə heç nə hiss etmədiyim yəni donduğum üçün qoşuldum Hisslər Məktəbinə və həqiqətən məktəb idi. Qoşulana qədər bildiyini zənn etdiyin şeylər sonradan yeni-yeni dərk etdiyin, anladığın şeylərə çevrilir. Hissləri görmək, tanımaq, anlamaq – bura ayrı bir dünyadır və ən yaxşısı da odur ki, zaman-zaman yenidən qayıdıb o hisslərin izahını səsli formada yenə də dinləyə bilirsən.
Arzu Tağıyeva –
Hisslər məktəbi “itirdiyim məni” mənə qovuşdurdu. Çoox fərqli təcrübələr yaşadığım, hisslərimi, özümü tanıdığım, ətrafımda baş verənləri aydınlatmağıma kömək olan dəyərli, bir o qədər də çalxantılı bir yol oldu. Leyla xanım ruhumu aydınlatdınız, təşəkkür edirəm. “Dinlə “lərlə başlayıb Hisslər məktəbinə qədər olan bu yolda dönüb geriyə baxanda sözün yaxşı mənasında evrim keçirdiyimi çox rahat görə bilirəm.
Səbinə Əhmədli –
Hisslər Məktəbinə ilk qoşulan və indiki mən – sanki yer və göy qədər fərq var. Əlimizə o qədər gözəl vasitələr vermisiniz ki, Leyla xanım. Məncə ömürlük bu məktəbə qoşulduğum üçün özümə və sizə minnətdar olacam.
Türkan Murğuzova –
Mənim üçün konflikt sözü belə yox idi əvvəllər. Konflikt yaşamaq mənim üçün mümkünsüz kimi idi. İndi isə çox rahatlıqla konfliktə girirəm. Özümü ifadə edirəm. Hisslərimi görə bilirəm. Ən əsası və mənə inanılmaz özgüvən verən öz sinir sistemimi tənzimləyə bilməkdir. Hisslərimi o qədər gözəl görə və zaman-zaman idarə edə bilirəm ki. Bunun verdiyi hiss sadəcə möhtəşəmdir. Anda olmaq mənim üçün çox uzaq bir şey idi, indi isə anda olmağı, gələcək qayğısı, narahatlıq yaşamamağı, keçmişə ilişib qalmamağı o qədər normal şəkildə bacarıram ki. Bunun böyük təsiri var, xarakter olaraq çox sakitləşmişəm.