Bu cümləni ya eşitmisən ya da özün səsləndirmisən: ondansa shopping edərəm, terapiyaya getməkdənsə səyahətə gedərəm daha yaxşı, rəfiqəm mənim psixoloqumdur və s.

Onlar səni yaxşı hiss etdirir bəli amma nə səyahət, nə shopping, nə də rəfiqən sənin psixoloqun deyil.

Çünki düşündüyünün əksinə terapiya səni yaxşı hiss etdirən yer deyil 😪

Bunu anlamaq üçün terapiyada əslində nə baş verdiyini bilməlisən ⤵️

 Terapiyada nə baş verir?

1️⃣ Terapiya otağı tamamilə sənin daxili dünyan deməkdir, psixoloqun da, sən də sənin daxili dünyanıza baxırsınız.

Bu səbəbdən psixoloq səni dinləyərkən nəinki hansı cümləni hansı tonda dediyini, nələri nəyin ardınca paylaşdığını, paylaşdıqlarının indiyə qədər səsləndirdiklərinlə necə əlaqəli olduğuna və s. diqqət edir amma həm də zehnində səninlə bağlı bir çox nüansı düşünür: 

– nələr xüsusilə ağırdır?

– yaşadıqlarının ağır olduğunun fərqindədir?

– hansı yerlərdə özünü bilməyərək belə olsa müdafiə edir?

– hansı qoruma mexanizmləri nə vaxt işə düşür?

– özünə qarşı münasibəti necədir?

– bugünki görünüşü 

– bugün səsləndirdiyi ilk mövzu və s. və ilaxır. bu siyahı uzundur.

Bunlar ümumi terapiya prosesi üçün çox lazımlıdır (aşağıdakı yerlərdə niyə lazım olduğunu görəcəksən) ✔️

Psixoloqlar həm danışan üçün orda olub həm də bu şeylərə diqqət etmək üçün illərlə öyrədilirlər və bu rəfiqənin səni sadəcə dinləməsindən çox fərqlidir.

2️⃣ Terapiya canlı prosesdir.

Zehnində bəlkə xəbərdar olduğun bəlkə xəbərin belə olmadığı dinamikalar var və terapiyada bu psixoloqunla münasibətinə birbaşa yansıyır. Başqa insanlara münasibətini psixoloquna da göstərirsən.

Ona verdiyin reaksiyalar ya da onun haqqında düşündüklərində bunu izləyə bilərsən:

– ya psixoloqun daha çox bilən, sən isə uşaq pozisiyasında olursan (halbuki bərabər müstəvilərdən münasibət qurulur)

– psixoloqunun səni içdən-içə bəyənmədiyini ya da onun favorisi olduğunu düşünürsən

– sonra bir anda psixoloqun vecsiz, sən də “həyatımın özəti” deyən yerdə özünü tapırsan və s. siyahını uzada bilərik.

Psixoloqun səni aktiv şəkildə dinlədiyinə görə bu nüansları rahatlıqla görüb səninlə uyğun yerdə və uyğun şəkildə paylaşır, bəzən o dəqiqə doğru olduğunu gördüyün, bəzən də “bu qədər də yox” dediyin yerlər olur amma nəticədə canlanan bu dinamikaları görmək səni həmişə inandığın inancları istər-istəməz sorğuladır.

Bu isə dəyişim dediyimiz prosesin çox kiçik hissəsidir🤝

3️⃣ Kor Nöqtələr

İnsan olmaq demək kor nöqtələrin də olması deməkdir, məhz bu səbəbdəndir ki, psixoloqların da psixoloqları olur.

Çünki bu kor nöqtələr bizim həyatımızı (əslində qərarlarımızı, emosional vəziyyətimizi, özümüzə münasibətimizi və s.) xəbərimiz belə olmadan yönləndirir (sadəcə negativ yox həm də pozitiv yöndə ola bilir) və bilməyənlər bunun adına “qismət” deyir. Kor nöqtələrimizi bilmək isə həyatımızı daha “asan” yerə dönüşdürə bilir.

 4️⃣ Psixoloqun sənə münasibəti

Sənin özünü necə tanıyıb-tanıtdığından asılı olmayaraq psixoloqun səni yetərli, bütün və ən əsası yetişkin olaraq görür və münasibətinizi də belə bir yerdən qurur. Sənə hörmət edir, inanır. Psixoloqunun sənə bu münasibəti sənin də özünü zamanla belə tanımağına və özünə bu şəkildə yaxınlaşmağına birbaşa təsir göstərir.

5️⃣ Psixoloqun sənin nəinki sözlərini həm də hərəkətlərini “dinləyir”. Görüşlərə gecikməyin və ya unutmağın məsələn, əslində ona dediyin “sözdür” və bu “sözə” bərabər baxırsınız 💐

6️⃣ Psixoloqunun sənə yanaşmasını zamanla içsəlləşdirirsən, bir də baxırsan ki, daxilində səninlə yumşaq danışan, anlayan bir səs var. Psixoloqların ən sevindiyi yerlərdən biri budur-içsəlləşdirirsənsə deməli terapiya “işləyir” 🥰

7️⃣ və hələki ən son: Duyğularını daşıya bilməyi öyrənirsən. Onlar sənə artıq o qədər də vahiməli gəlmir, bir şeylərlə baş etmək çox daha rahat hala gəlir – səyahər, shopping və dostla söhbət belə olmadan 🙂‍↔️

Səyahət – diqqətini dağıdır, səni yaxşı hiss etdirir, shopping – sevindirir, yüngül hiss etdirir,

rəfiqən – rahatladır, daha rahat hiss edirsən.

Bunlar çox qiymətlidir amma 

terapiya səni dəyişdirir, yenidən qurur, “böyüdür”, emosional gücünü artırır. Bu eyni mexanizm deyil. 

Hansə mexanizmə ehtiyacın olduğunu isə o an üçün sən seçirsən.

Gözəl Həyatlar! 🤝🥰

Visited 28 times, 3 visit(s) today

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir