Biz özümüzü bəzən səbəbini belə bilmədən “pis hiss edirik”. Bu həddindən artıq həssas olmaq, aqressiv reaksiya vermək, halsızlıq kimi hallar şəklində özünü göstərə bilir və belə olduqca zehnimizə ilk gələn suallardan biri “mən niyə belə reaksiya verirəm?” olur.
Çox vaxt emosional reaksiyalarımızı xarakterimizlə əlaqələndiririk.
“Beləyəm mən.”
“Çox həssasam.”
“Tez əsəbiləşirəm.”
Psixodinamik baxışda isə bu reaksiyalarımız çox vaxt nələrinsə nəticələri olaraq dəyərləndirilir.
Keçmiş təcrübələrimiz bizə necə təsir edir?
Zehnimiz keçmişdə yaşadığımız bəzi təcrübələri
tam olaraq həzm edə bilmədikdə bu təcrübələr bizimlə qalır və illər sonra belə:
* oxşar vəziyyətlərdə üzə çıxır
* tanış hisslər yaradır
* və bugünkü reaksiyalarımıza təsir edir
Uzun sözün qısası bəzən reaksiya verdiyimiz şey indiki vəziyyət deyil daha əvvəl yaşadığımız hansısa hissin yenidən canlanmasıdır.
Daxili dünyanda nə baş verir?
Psixodinamik baxışa görə insanın daxili dünyasında:
* fərqli tərəflər
* fərqli ehtiyaclar
* bəzən isə ziddiyyətli istəklər
ola bilər.
Bir tərəf yaxınlıq istəyir,
digər tərəf isə uzaqlaşır.
Bir tərəf özünü ifadə etmək istəyir,
digər tərəf isə susmağı daha təhlükəsiz hesab edir.
Bu daxili ziddiyyətlər özünü psixologiyamızda emosional çətinliklər şəklində göstərə bilir.
Qoruma mexanizmləri
Verdiyimiz reaksiyalar həm də istifadə etdiyimiz qoruma reaksiyaları ilə sıx bağlıdır. Biz özümüzü qorumaq üçün müəyyən psixoloji müdafiə mexanizmlərindən istifadə edirik.
Bəzən:
* hisslərimizi xalçanın altına süpürürük
* bəzən uzaqlaşırıq
* bəzən inkar edirik və s.
Bu mexanizmlər bir vaxtlar faydalı olub. Zamanla isə onlara artıq ehtiyac duymadığımız vəziyyətlərdə də aktiv qala və bizə çətinlik yarada bilərlər.
Niyə bəzən özümüzü anlamırıq?
Çünki bu proseslərin çoxu şüurdan kənarda baş verir. Şüur özümüzdən xəbərdar olduğumuz, bildiyimiz yerdir, şüurumuzdan kənar yerlər isə kor nöqtələrimizdir.
Bunu anlamaq nəyi dəyişir?
İnsan öz reaksiyalarının arxasında nə dayandığını yavaş-yavaş gördükcə özünə baxışı dəyişir, reaksiya vermək əvəzinə
seçim edə bilir.
Emosional problemlər çox vaxt
sadəcə “problemlər” deyil, daxili dünyamızdan gələn siqnallardır.
Onları dəyişməyə tələsmədən əvvəlcə anlamaq
bəzən ən vacib addımdır.